Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 10:46

Moldovada nümayiş davam edir


Moldovada nümayiş

Moldovada 3-cü gündür ki, hökumət əleyhinə nümayiş keçirilir. Nümayişdə minlərlə adam iştirak edir.

Aksiyaçılar yeni avropapərəst hökumətin istefasını və ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb edirlər.

Aksiyanı əsasən rusiyapərəst müxalifət qüvvələri təşkil edib, amma onlara hökumətə qarşı olan qərpərəst qüvvələr də qoşulub.

Aksiyaçıların bir çoxu gecəni parlament binası qarşısındakı çadırlarda keçiriblər.

Onlar həmçinin ölkədə geniş islahatlar aparılmasını tələb edirlər.

Qeyd edək ki, ölkə parlamenti yanvarın 20-də Pavel Filipin rəhbərlik etdiyi yeni kabineti təsdiqlədikdən sonra ölkədə etiraz aksiyaları başlayıb.

Ölkədə çoxları onu korrupsiyalaşmış keçmiş kadr hedsab edir.

Ötən ilin oktyabrında hökumətin istefasından sonra ölkədə siyasi böhran yaşanır.

XS
SM
MD
LG