Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 02:52

2015 ən isti il olub


Arxiv fotosu

-

Ötən il Yer kürəsində ən isti il kimi bir əsrin rekordunu təzələyib.

ABŞ-ın NASA agentliyi və Milli Okeanik Atmosfer Administrasiyası yanvarın 20-də bildirib ki, 2015-ci il son 136 ilin ən isti ili kimi qeydə alınıb.

Hər iki agentliyin alimləri buna görə qlobal istiləşməni, eləcə də El Nino adlı okean fenomenini qınayıb.

Agentliklərin məlumatına görə, ilk dəfədir ki, Yerdə temperatur sənaye dövründən öncəkindən 1 dərəcə çoxdur.

Yaponiya, Britaniya, Kaliforniya Universitetinin göstəriciləri də 2015-in ən isti il olduğunu üzə çıxarıb.

XS
SM
MD
LG