Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 20-də parlamentin aşağı palatası məclisi buraxıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə martın 20-də ölkədə vaxtındanəvvəl parlament seçkisi təyin edilib.

Məclisin mandatı bu ilin payızında bitməli idi.

Məclis yanvarın 13-də prezidentdən buraxılmasını istəyib və bunun səbəbini iqtisadi böhrandan doğan yeni tapşırıqlarla izah edib.

Qeyd edək ki, Qazaxıstanın milli valyutası tenge son aylar dəyərdən düşməkdə davam edir.

Buna səbəb kimi dünya bazarında neftin kəskin ucuzlaşması və Rusiyadakı iqtisadi geriləmə göstərilir.

Qonşi Çindəki iqtisadi geriləmə də Qazaxıstan iqtisadiyyatına təsirsiz ötməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG