Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:20

«Azərenerji»dən 250 işçi çıxarılıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azərenerji» Açıq Səhmdar Cəmiyyəti (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi barədə bəzi KİV-də yayılan məlumatlara münasibət bildirib.

«Azərenerji» ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son illər Azərbaycanın enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib:

«Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir. Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb. Onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib», - məlumatda deyilir.

XS
SM
MD
LG