Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

2 il ərzində İraqda azı 18 min sakin ölüb


Foto arxiv

2014-cü ilin yanvarından ötən il oktyabrın sonunadək İraqda törədilən hücum və zorakılıqlarda azı 18 min 800 dinc sakin ölüb.

Bundan başqa 36 mindən çox adam xəsarət alıb.

Bu müddət ərzində 3 milyon 200 min iraqlı daxili təqiblərə görə ev-eşiyindən didərgin düşüb.

Bundan başqa hazırda “İslam Dövləti” qrupunun əlində qul kimi rəftar edilən 3500-ə yaxın qadın və uşaq var.

BMT-nin yeni hesabatında belə deyilir.

Bu məlumatları təşkilatın İraqdakı missiyasının ekspertləri və təşkilatın qaçqınlar üzrə ofisi toplayıb.

Amma təşkilat ölən və xəsarət alanların real sayının bundan xeyli çox olduğunu istisna eləmirlər.

XS
SM
MD
LG