Türkiyənin Kilis əyalətində orta məktəbə raket düşüb.
Nəticədə məktəbdə işləyən 1 qadın ölüb, 1qız şagird isə yaralanıb.
Bu barədə Əyalət rəsmiləri məlumat yayıb.
Yaralanmış şagird xəstəxanaya götürülüb.
Yerli qubernatorun ofisindən verilən məlumata görə, insident yanvarın 18-də baş verib.
Rəsmilər raketllərin Suriya tərəfdən atıldığını, həmçinin məktəbin ətrafındakı boş düzənliyə daha 2 raket düşdüyünü deyirlər.