Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 22:40
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:03 21.1.2016

Moldovada 10 nəfər xəsarət alıb

Kişinaudan gələn xəbərlərə görə, yanvarın 20-də erkən seçki tələbilə keçirilən etirazlarda 10 nəfər xəsarət alıb.

Dünən parlament avropapərəst hökumətə səsvermə keçirən zaman etirazçılar binaya daxil olublar. Ancaq çevik polis onların qarşısını kəsib.

Xəsarət alanların 7-si polis əməkdaşlarıdır, 3 nəfərdən 2-si siyasətçilərdir.

Yeni hökumətə 49 yaşlı, hakim Demokratik Partiyanın sədr müavini Pavel Filip başçılıq edir.

Öncəki hökumət bank qalmaqalına görə buraxılandan sonra yeni baş naziri təsdiqləmək cəhdləri iki dəfə alınmayıb.

13:22 21.1.2016

İlham Əliyevin Davosda məqaləsi çıxıb

“Dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir”- Bunu Azərbaycan prezidenti yazır.

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib.

13:55 21.1.2016

Gürcüstandan gətirilən maşınlar bir ildə 5 dəfə azalıb

2015-ci ildə Gürcüstandan Azərbaycana 63 milyon 567,3 min dollar dəyərində 3 min 455 minik avtomobili ixrac olunub.

Bu haqda APA Gürcüstan Statistika Xidmətinə istinadən məlumat yayıb. Bu, 2014-cü il ilə müqayisədə 14 min 98 avtomobil və ya 5,08 dəfə azdır. 2015-ci ildə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,21 dəfə azalıb.

14:15 21.1.2016

Məşhur "Mamy blue" mahnısını yazan bəstəkar vəfat etdi

Məşhur "Mamy blue" ( Ana həsrəti) mahnısını yazan fransız bəstəkarı Hubert Giraud ( Yuber Jiro) 95 yaşında vəfat edib. Onun 1970-ci ildə yazdığı bu mahnını az qala dünyanın bütün məşhur müğənniləri ifa edib.

Davamı

XS
SM
MD
LG