Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

Emin Hüseynov hökuməti məhkəməyə verdi


Emin Hüseynov, arxiv fotosu

-

Hüquq müdafiəçisi Emin Hüseynov onu vətəndaşlıqdan məhrum edən Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Xəbəri “Turan” informasiya agentliyi yayıb.

Hazırda İsveçrədə mühacirətdə olan Hüseynov həbs ediləcəyindən ehtiyatlanaraq, 10 ay İsveçrənin Bakıdakı səfirliyində gizlənib.

İsveçrə XİN ilə uzunmüddətli danışıqlardan sonra Bakı Hüseynovun İsveçrə XİN rəhbəri Didye Burhalterlə birlikdə ölkədən getməsinə razılıq verib.

E.Hüseynov indi iddia edir ki, ölkəni tərk etməzdən əvvəl ondan Azərbaycan vətəndaşlığından imtina etməsini tələb ediblər. Başqa sözlə, o, şikayətində bu addımı öz iradəsi ilə deyil, məcburiyyət qarşısında atdığını qeyd edib: "Məni vətəndaşlıqdan məhrum edən Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olmaq niyyətindədir”.

Avropa Məhkəməsində Hüseynovun hüquqlarını Açıq Cəmiyyət Təşəbbüsünün – Açıq Cəmiyyət Fondunun bir qolunun hüquqşünasları müdafiə edir.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG