Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Mustafa Kutlu. Atalar sözlərindən hörülmüş bir hekayə


Mustafa Kutlu (1947)
Mustafa Kutlu (1947)

-

Mustafa Kutlu

Tərcümə edən: Ülvi Babasoy

BİR ŞEY ELƏ

Tez ol, tez ol. Bir şey elə. Elə et ki, gözəl olsun... Dinclik bürüsün hər yanı. Ürəklər yumşalsın, yaşamağa həvəs yaransın, biraz da həqiqətə eyham olsun.

- Gözəllik qarın doyuzdurmur, qardaş... İnsanlar iş, çörək, azadlıq istəyirlər. Bu qədər yoxsul varkən, necə arxayın ola bilirsiz, ürəyiniz necə dözür?

- Bir şey elə, bir şey. Doğru olsun. İnsanları yalanın və yanlışın bataqlığında boğulmaqdan xilas etsin. Küləyin kələyinə inanmasınlar. Axına qarşı üzə bilsinlər.

- Nəəə? Doğru?! Sən nə danışırsan?! Bilmirsən ki, doğru iş görəni də, dürüst söz danışanı da doqquz kənddən qovarlar. Elə söz deyərlər, elə söz deyərlər, dəymişin dura-dura kalın tökülər. Adını belə unudarsan. Yeni ad da qoyarlar sənə. Misalçün “Davud” olar yeni adın.

Mustafa Kutlu
Mustafa Kutlu

Üstəlik, “Ə, sənə qalıb camaatın dərdi, ağrımayan başını niyə ağrıdırsan” deyərlər. Onların bostanına daş atdınsa vay halına. Şeytana papış tikənlər həyat tarixçəni öyrənərlər. Həyat tarixçən “xüsusi komissiya” tərəfindən tədqiq edilər.

Nəhayətdə barmaqlarını yelləyərək, gözlərini bərəldərək hədələyərlər səni: “Bax, torbanı tikərik haaa”. Bax, belədir şeytana papış tikənlər.

- Yenə də dayanma, bir şey elə. Yaxşı olsun. Xidmət, hörmət, mərhəmət bəxş etsin. Ürəkləri yumşaltsın: kimsəsizə, fağıra, zəifə məlhəm olsun.

- “Yaxşlıq etməyin, əvəzində pislik görərsiz” deyirlər.

- Heç nə olmaz, sən bir yaxşılıq et, at dənizə, balıq bilməz, xalıq bilər...

- İndiki zəmanədə kimdi eey yaxşlıq edən. Çətin tapılır yaxşı adamlar. Bütün yaxşılar öz gözəl atlarına minib dördnala çapdılar. Uzaqlaşdıqca, uzaqlaşdılar dünyadan.

- Gedənləri geri qaytarmaq çətindi. Bundan sonra diqqətli ol. Yüz ölç, bir biç. Təvazökar ol.

- Təvazökar olum e, olmağına. Çətindi axı. Qorxuram ki, təvazökarlığımı həqiqət sanalar. Məni fağır bilələr. Onda səni bir küncə sıxışdırıb adam yerinə qoymurlar.

Gərək kiminsə quyusun qazasan, kiməsə badalaq vurasan bu dünyada. Bir də bunların ayranına turş dedinsə... “Sən bizim işimizə qarışırsan?”, “ şeytana papışını tərs geyindirdiyimizi bilmirsən?” Hə, şeytan belə baş açmaz bizdən. Bura, Şeytanlar ölkəsidir.

- Bir şey elə. Ədalətli olsun. Haqqı, hüququ tələb etsin. Zalımı cəzalandırsın, məzlumun haqqını versin.

- “Cücəni payızda sayarlar” deyimini eşitmisən? İndi nə payız var, nə də ki, cücə. Hüquq da yoxdur, haqq da. Hüquq güclülərin yazdığı kitabdır. Pul kimdədirsə, güc də ondadır...

- Geci, tezi var. Bir gün haqq öz yerini tapacaq.

- “Bu yol qıldan incə, qılıncdan kəskindir”. Haqqı deyəcək cəsarət nə gəzir bizdə.

- Tez parıldayan, tez də sönər. Səbr elə, halva bişər, ey qora səndən.

- Qardaş, sənin danışdıqların bəzəkli-düzəkli atalar sözləridi ki. Bu sözlərin sayı çox, istifadəsi azdır. Uzaqbaşı məktəblilərə nəsihət vermək üçün işə yarayar. Yaxşısı budur, sən bizə nəsihət əvəzinə, xərcləməyə pul ver. Çörəkpulu... Nəsihət qarın doyurmur...

- Bu insanlar nə vaxtdan bəri bu hala düşdülər?

- Belə gəlib, belə də gedir. Tarix baba belə deyir.

- Elə şey olar heç? Tarix insanlara bir dərsdir, bir ibrətdir. Ona görə yazılır və oxudulur...

- Biz tarixi müharibələrin hekayəsi kimi dinlədik. Hökümdarlar bir-biri ilə boğuşurlar. Qan su yerinə axıdılır.

- Bir şey elə. Sülh olsun. İnsanlar kin və nifrətdən uzaq gəzsinlər. Bombalar patlamasın, uşaqlar ölməsin.

- Oooo, məndən dünyanı düzəltməyimi istəyirlərmiş ki.

- Elədi. Tez ol, tez ol, bir şey elə...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG