Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 14:04

Qazaxıstanda etiraz aksiyası keçirilib


Foto arxiv

Qazaxıstanın paytaxtı Astanada valyuta ilə ipoteka faizlərinin artmasına etiraz olaraq aksiya keçirilib.

Yanvarın 12-də ATF Bank və Fortebankın qarşısına toplaşan aksiyaçılar kretitlərin dollara nisbətdə 182 tenge ilə hesablanmasını tələb ediblər.

Yanvarın 11-dəQazaxıstan birjasında 1 ABŞ dolları 367 tenge olub ki, bu ötən ilin avqustundan bu yana ən aşağı göstəricidir.

Tenge ötən il dəyərinin 40 faizini itirib.

Bu son aylar paytaxt Astana və Almaatıda bir sıra etiraz aksiyalarına səbəb olub.

Ekspertlər bunun səbəbini dünya bazarında neftin kəskin düşməsi və qonşu Rusiya və Çindəki iqtisadi geriləmə ilə izah edirlər.

Qeyd edək ki, Qazaxıstanın əsas gəliri neftdəndir.

XS
SM
MD
LG