Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:11
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

15:17 12.1.2016

Ağcabədidə aksiyadır

Yanvarın 12-də Ağcabədidə bahalalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçirilib. Bu haqda facebook sosial şəbəkəsində istifadəçi məlumat yayıb. Məlumatda aksiyaçılardan 3 nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istədikləri də deyilirdi.

Ancaq Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli AzadlıqRadiosuna deyir ki, hadisə yerində özü şəxsən müşahidə aparıb. Onun sözlərinə görə, intihar etmək istəyən bir nəfər - Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış.

“Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. “Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq” deyirdilər”.

Rayon sakini Cahid Hacıbəyli Azadlıqradiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburui köçkünlər olub.

Rəşid Nəcəflinin sözlərinə görə, akisya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövəqladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

15:15 12.1.2016

“Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq”.

APA-nın xəbərinə görə, bunu ADİU rektoru Ədalət Muradov deyib. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: “Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

15:10 12.1.2016

Lənkəranda aksiya dayandırıldı

«Aksiya yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra dayandırıldı. Bir neçə dəqiqə olar ki, Bakı-Astara yolu boşaldıldı».
Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının yerli təşkilatının üzvi İman Əliyev deyib:

«Danışıqlarda polis rəisi və icra hakimiyyəti başçısının müavini iştirak edirdi. Aksiya iştirakçıları onlara öz tələblərini çatdırdılar. Bundan sonra aksiya qarşılıqlı razılaşma əsasında dayandırıldı».

İman Əliyev deyib ki, aksiya iştirakçılarının əsas tələbləri bunlardır:

«İş yerlərinin açılması. Liman şəhərinin 90 faizi işsizdir. Kommunal xərclərin endirilməsi. Əhaliyə qaz əvəzinə hava verirlər. Bir də süni qiymət artımının qarşısının alınması. Limanda 315 qramlıq çörəyi 40 qəpiyə satırlar. Dünən unun 50 kiloqramlıq kisəsi 34 manat idi. İndi burda danışırlar ki, 40 manata qalxıb».

14:52 12.1.2016

Siyəzəndə aksiya keçirilir

Yanvarın 12-də Siyəzəndə bir qrup vətəndaş sosial tələblərlə icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar işsizlik, bank kreditlərinin qaytarılması kimi problemlərin həllini tələb edirlər.

Bu haqda aksiya iştirakçıları AzadlıqRadiosuna xəbər veriblər.

Onların dediyinə görə, aksiyada 300-400 nəfər iştirak edir.

Davamı

XS
SM
MD
LG