Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 07:59
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

14:56 11.1.2016

İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etdi

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında dərəncam imzalayıb.

14:08 11.1.2016

2015-ci ilin ən gözəl qolu

Yanvarın 11-də FİFA ən yaxşı oyunçu iolə yanaşı ən gözəl qol üçün Puskas mükafatını da verəcək.

Əsas namizədlər Messi, Roma-nın oyunçusu Alessandro Florenzi və braziliyalı Wendell Lira-nın qollarıdır. (Adların üstə basmaqla Youtube-da qolların videolarına baxa bilərsiniz)

13:22 11.1.2016

David Bowie vəfat edib

Əfsanəvi britaniyalı müğənni David Bowie 69 yaşında xərçəngdən vəfat edib.

Yanvarın 11-də müğənninin rəsmi tvitter və facebook hesablarında bu barədə məlumat verilib. O, 18 ay idi xərçənglə mübarizə aparırdı.

Bowie-nin Duncan və Alexandria Jones adlı iki övladı qalıb. Duncan Jones tvitterdə atasının ölüm xəbərini təsdiqləyib.

Bowie ötən həftə yeni albom buraxıb. O, 20-ci əsrin ən məşhur qlem-rok müğənnilərindən idi.

Blackstar adlı sonuncu albomu yanvarın 8-də işıq üzü görüb.

13:20 11.1.2016

Dolları 1,60-a alırlar, 1,62-yə satırlar

Yanvarın 11-də Bakının valyutadəyişmə məntəqələrinin çoxu işə başlayıb, amma məntəqələrin çoxunda dollar satılmır, satılanlarda da limit var. Bəzi məntəqələr isə hələ də bağlıdır.

İşləyən məntəqələrin lövhələrində dolların 1,60 manatdan alındığı, 1,626 manatdan satıldığı göstərilir.

28 may stansiyası ətrafındakı məntəqələrdə satış yoxdur.

Şəhərin digər yerlərindəki bəzi məntəqələrdə satış var.
Satış olan məntəqələrdə limit tətbiq olunur. Hər adama 200, 300, uzağı 500 dollar dəyişdirilir.

Valyuta almaq istəyənlərin sayı çox olduğundan növbələr var.

Mərkəzi Bankın yanvarın 11-nə olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1,5642 manatdır.

Davamı

XS
SM
MD
LG