Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Ağıl təkcə başda deyil, ayaqqabıda da olarmış…


Smart Shoe
Smart Shoe

-

Yanvarın 6-dan 9-dək Las-Veqasda keçirilən «CES 2016» qlobal elektronika və texnologiya sərgisində maraqlı əşya və qurğular tanıdılıb. Özəlliklə Fransa şirkətlərindən birinin hazırladığı «ağıllı ayaqqabı» ayaqqabı silsiləsi diqqət çəkib.

«USA Today»in xəbərinə görə, bu ayaqqabı silsiləsi 3 modeldən ibarətdir.

Modellərdən biri şəhər mühitində istifadə üçün düşünülüb. Bu ayaqqabının ayaqisitmə özəlliyi var. Onu geyərkən, addımların sayı və itirilən kalori sensorla hesablanır. Ayaqqabının bağı-qaytanı yoxdur, smartfondan verilən əmrlə ayağa çəkilib-bağlanır. İdman tipli ayaqqabı Blutetooth-la da təchiz olunub.

Ayaqqabının ön hissəsində qaranlıqda yolu görmək üçün kiçik işıq diodlu fənər yerləşdirilib. Bu ayaqqabını geyən onun yararlılıq dərəcəsi – altının dağılması və ya köhnəlməsi barədə bilgi də ala bilir.

«Ağıllı ayaqqabı»larınilin sonunadək satışa çıxarılacağı gözlənir.

XS
SM
MD
LG