Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Pakistandan İranla Səudiyyəyə çağırış


Muhammad Nawaz Sharif

-

Pakistanın Baş naziri Nawaz Sharif İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin artmasından “dərin narahatlıq” bildirib və iki dövləti fikir ayrılıqlarını dinc yolla həll etməyə çağırıb.

Sharif İslamabadda Səudiyyənin Xarici işlər naziri Adel al-Jubeir ilə görüşüb. O, görüşdən sonra verdiyi açıqlamada “durumun eskalasiyasını, Tehranda Səudiyyə səfirliyinin yandırılmasını” pisləyib.

Pakistan İranla sərhəddir və böyük şiə azlığı var. Ölkə daxilində məzhəb zorakılığının alovlanmamasına çalışır.

Digər tərəfdən, Pakistan həm İran, həm də Səudiyyə ilə ticarət əlaqələrini dərinləşdirməyə çalışır.

XS
SM
MD
LG