Kosta- Rika 2016-cı ildə Azərbaycanda səfirlik açmaq fikrindədir.
Bu barədə yanvarın 7-də Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kosta-Rika bununla bağlı Azərbaycan tərəfinə rəsmi nota göndərib və qərar müsbət qarşılanıb.
Azərbaycanın xarici işlər nazirliyi səfirliyin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib.