Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 08:24

"Qarabağ" ən yaxşı 203 klub arasında


Qurban Qurbanov

Dünyanın ən yaxşı futbol klublarının növbəti siyahısı açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının siyahısında ən yaxşı 203 komanda yeralıb.

Azərbaycandan siyahıya“Qarabağ”, “Qəbələ” və “İnter” klubları düşüb.

“Qarabağ” 142 xalla 77-ci pillədədir.

Klub İspaniyanın “Valensiya” komandası ilə ilə eyni yeri bölüşür.

Qeyd edək ki, “Qarabağ” siyahıda İtaliyanın“İnter” Almaniyanın , “Borussiya” , Rusiyanın “Mərkəzi Ordu İdman Klubu”, Prtuqaliyanın “Benfika”, Fransanın “Marsel” və Türkiyənin “Qalatasaray” kimi klubları qabaqlayır.

“Qəbələ” 116 xalla 124-cü, “İnter” isə 92 xalla 192-ci yerdə gəlir.

Siyahının başında isə İspaniyanın “Barselona” İtaliyanın “Yuventus” və “Napoli” klubları gəlir.

XS
SM
MD
LG