Keçid linkləri

2026, 12 Aprel, bazar, Bakı vaxtı 23:35

Biznesmen qadının qətli ilə bağlı tutulan var

Foto illüstrasiya
Foto illüstrasiya

-

«Jewellery» zinət əşyaları mağazasının sahibi Məryəm Namidzadəni qətlə yetirənlər saxlanılıb. Qətli mərhumun qızı Günel Hüseynova və başqa qohumları törətdiyi bildirilir.

Bu haqda APA hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin meyiti yaşadığı evdə aşkar edilib.

M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 dollar dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

This item is part of
XS
SM
MD
LG