-
Bayram günlərində (28 dekabr 2015-ci ildən 4 yanvar 2016-cı ilə kimi) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına əlavə 104 vaqon qoşulub.
Bu barədə AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib.
Bildirilib ki, ümumilikdə, 8 gün ərzində, ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37 min 380 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, QSC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Sərnişin sıxlığının artması ilə əlaqədar ölkədaxili sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulub.