Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:45

-

Niderlandda müstəntiqlər Rusiya əsgərlərinin Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasında rolunu araşdırır. Britaniyada mənzillənən Bellingcat vətəndaş jurnalistika qrupu iddia edib ki, azı 20 Rusiya əsgəri Boeing 777-nin vurulmasında iştirakı olub. Qrupun məlumatına görə, 100-dək əsgərin 2014-cü il iyulun 17-də təyyarəni vurmuş raketin hərəkət trayektoriyası barədə məlumatı var.

Həmin təyyarədəki 298 nəfər həlak olub.

Bellingcat-in təsisçisi Eliot Higgins yanvarın 3-də Niderlandın NOS televiziyasına müsahibə verib. Onun sözlərinə görə, qurum inanır ki, Kursk hava bazasında azı 20 əsgər “çox güman” ya raketi atıblar, ya da onu kimin atdığını bilirlər.

Qrup bunları əsgərlərin sosial media hesabları, onlayn yerləşdirdikləri fotolar, heyətlə bağlı ordu məlumatlarına əsasən topladığını bildirir.

Təşkilat 123 səhifəlik hesabatını bu yaxınlarda yayacaq.

Niderland müstəntiqləri yanvarın 4-də bildirib ki, bu iddialar araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG