-
Azərbaycan və Ermənistan prezidentləri Belarusun paytaxtı Minskdə görüşə bilərlər.
Bunu NEWS.am saytına müsahibəsində Belarusun Ermənistandakı səfiri İgor Nazaryuk deyib.
O bildirib ki, Qarabağ problemi kimi məsələləri isti yox, soyuq qaydada danışıqlar yolu ilə həll etmək lazımdır:”Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu da məhs bu məqsədə yönəlib və əminəm ki, bu yeganə yoldur”-deyə o vurğulayıb.
Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə dekabrın 19-da İsveçrənin paytaxtı Berndə görüşüblər.