Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:09

İran Gürcüstana qaz verəcək


Foto arxiv

İran Gürcüstan rəhbərliyi ilə bu ölkyə qaz verilməsini müzakirə edir.

Qazın Gücüstana Ermənistan vasitəsi ilə verilməsi nəzərdə tutulur.

Bu barədə Press TV İran Milli Qaz Şirkətinin rəsmisi Ali Reza Kameliyə istinadla xəbər verir.

Kameli bildirib ki, razılaşmaya görə Gürcüstan bu qazı Ermənistan sərhədindən qəbul edəcək, amma yekun müqavilə Gürcüstan üçün iqtisadi cəhətdən sərfəli olmalıdır.

Amma o qeyd edib ki, bu qaz, yalnız Gürcüstanın daxili təlabatı üçün nəzərdə tutulur və gələcəkdə Avropa Birliyi ölkələrinə göndərilə bilməz.

XS
SM
MD
LG