Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 20:12

Həbsxanadan məhbusları buraxdılar


Helmand, arxiv fotosu

-

Əfqan xüsusi qüvvələri ölkənin cənubundakı Helmand vilayətində Taliban həbsxanasından 59 məhbusu azad ediblər. Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Dawlat Waziri deyib ki, məhbuslardan 37-si əsgərlər, 7-si polis işçiləri, qalanları dinc vətəndaşlar olub.

Məhbusların azad olunması əməliyyatı yanvarın 1-də gecə başlanıb, 2-də başa çatıb.

Son aylar Taliban Helmandın mərkəzi bölgələrini tutub. Bu ərazilər Pakistanla sərhəddir və narkotik maddə və silah qaçaqçılığı marşrutları üzərində yerləşir.

Waziri jurnalistlərlə söhbətində Helmandın tamamilə Talibanın əlinə keçməsinin mümkünlüyünü istisna edib.

Dekabrın 19-da Helmand valisinin müavini facebook vasitəsilə Kabildən kömək istəmişdi.

XS
SM
MD
LG