Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:57

Səlim Babullaoğlu «Ədəbi yuxular» gördü


Səlim Babullaoğlu
Səlim Babullaoğlu

Səlim Babullaoğlunun «Ədəbi yuxular» kitabını, bəlkə də, 2015-ci ilin ən son kitabı saymaq olar.

AYB-nin müəllifə istinadla yaydığı xəbərə görə, kitabı «Vektor» Beynəlxalq Elm Mərkəzi çap edib.

«Ənənəyə görə Mərkəzin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatını almış şəxslərin kitabları «Vektor» BEM tərəfindən nəşr edilir. 2014-cü ildə həmin mükafat mənə də verilmişdi və bu ilin yanvar ayında təqdim edilmişdi, indi isə kitab nəşr olunub» - Səlim Babulloğlu belə deyib.

Kitab müəllifin ayrı-ayrı vaxtlarda «gördüyü», bir neçə il əvvəl «kulis.az» saytının sifarişi ilə yazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir.

"Ədəbi yuxular»da «Brodski niyə əsəbi idi?», «Xaqani ilə Nizami yenə bir yerdəydilər...», «Nazim Hikmət şeirindən vaz keçdimi?», «Şimborska ilə şəkil çəkdirə bilmədik...», «Pamuk mənə hansı kitabları və niyə verdi?», «Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...» adlı altı ədəbi yuxu toplanıb.

Kitabın redaktoru və ön sözün müəllifi Seyfəddin Hüseynlidir.

«Yuxunu danış, ya da yaz, kim olduğunu deyim» - deyə sözə başlayan Seyfəddin Hüseynli «ön söz »ü belə tamamlayıb: «Görəndə də belə yuxular görəsən!..»

XS
SM
MD
LG