Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:39

Neftin qiyməti düşməkdədir


Foto illüstrasiya

-

Bazar ertəsi neftin qiyməti 3 faizdən çox düşüb. Brent markalı neft son 11 ildəki həddən də aşağı yuvarlanıb.

ABŞ-da qərbi Texas neftinin bareli 36 dollar 81 sent, Brent neftinin bareli isə 36 dollar 62 sentə bərabərləşib.

Səbəb Yaponiyada neft satışının düşməsi və Avropada neft məhsullarına tələbatın azalmasıdır.

OPEC-in məlumatına görə, hazırda bazara gündə 2 milyon barreldən artıq neft çıxarılır ki, bu da neftin daha da ucuzlaşacağı barədə proqnozlara yol açır.

Reuters agentliyi treyderlərə istinadla yazır ki, yaxın gələcəkdə qərbi Texas nefti 10 faiz ucuzlaşa, 32 dollar 50 sentə satıla bilər.

Dekabrın 29-da səhər Asiya bazarlarına neft düşməkdə davam edib.

XS
SM
MD
LG