Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:32

İraq ordusu Ramadi şəhərini “İslam Dövləti” qrupunundan azad edib.

İraq televiziyası hökumət qüvvələrinin şəhərin mərkəzinə daxil olduğunu və hökumət kompleksinin üzərində bayraq qaldırdıqlarını göstərir.

Bu şəhər bu ilin mayından yaraqlıların əlində idi.

Briqada generalı Yahya Rasul dekabrn 28-də televiziya ilə müraciətində şəhərin azad edildiyini və yeni tarix başlandığını bəyan edib.

Amma Anbar əyalətindəki əməliyyatların komandanı İsmail al Mahlavi bildirib ki, ehtiyatlı olmaq lazımdır, şəhərin hələ də bir hissəsi yaraqlıların əlindədir.

O Associated Press agentliynə bildirib ki, ordu yalnız hökumət komplekslərinə daxil olub və hələlik şəhərin tam azad edildiyini deyə bilmərik.Hələdə bəzi rayonlar onların nəzarətindədir və hələ ki, müqavimət nöqtələri var.

Ramadi şəhəri paytaxt Bağdadın 130 kilometrliyində yerləşir.

Şəhərə hücum ötən həftə başlayıb.

XS
SM
MD
LG