Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:04

Cahangir Hacıyevə icazə verilmir


Cahangir Hacıyev
Cahangir Hacıyev

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev qohumları ilə görüşməyə icazə verilmir. Bu barədə AzadlıqRadiosuna C. Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasının saxlanma şəraitindən və ona olan davranışdan razı olsa da, ona yaxın qohumları ilə görüşmək hüququnun həyata keçirilməsinə icazə verilmir: "Bu isə qanunsuzdu. Cahangir Hacıyevin yaxın qohumları onunla görüşmək istəsə də, saxlanıldığı təcridxanadan rədd cavabı alıblar. Hər şeyin qanun çərçivəsində həyata keçirilməsini xahiş edirəm”.

Eks-banki bir müddət əvvəl qudası və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra saxlanılıb.

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

XS
SM
MD
LG