Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 05:07

Türkiyə ordusu Cizre şəhərində reyd keçirir


Foto arxiv

Türkiyənin cənub-şərqindəki Cizre şəhərində gedən döyüşlərdə 6 kürd yaraqlısı və 1 Türkiyə əsgəri ölüb.

Bu barədə Türkiyə ordusu xəbər verir.

Türkiyənin təhlükəsialik qüvvələri 11 gündür ki, bu ərazidə reydlər keçirir.

Şəhərin küçələri bom-boş, mağazalar bağlıdır.

Suriya sərhədi yaxınlığında yerləşən şəhər ətrafında gecə boyu toqquşmalar olub.

Məlumatlara görə əməliyyatlarda tankların köməkliyi ilə minlərlə hərbçi iştirak edir.

PKK bu yaxınlarda iki illik atəşkəs sazişindən çıxdıqdan sonra bölgədə yenidən gərginləşib.

30 ildir ki, PKK yaraqlıları ilə Türkiyə ordusu arasında gedən savaşda 40 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG