Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:47

Qiyamçı müstəntiq: “AZAD oldum!”


Rüfət Səfərov
Rüfət Səfərov

►​"İstefamı açıqlayandan sonra, bir bilsəniz, bir anın içində içim necə rahatlandı, dünyanın ən bəxtəvər insanına çevrildim. Çünki AZAD oldum!".

Bunu Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayan Rüfət Səfərov dekabrın 25-də mətbuata müraciətində yazıb.

O, həmin addımı hakimiyyətin qanunsuzluqlarına etiraz olaraq atdığını deyirdi. Ancaq Baş Prokurorluq onun prokurorluq işçilərinin etik kodeksini pozduğunu deyərək işdən çıxarıb.

Mətni kifayət qədər geniş olan müraciətdə o, qaçqın düşməyindən, onu hüquqşünas ixtisasına aparan yoldan, bir müddət Kənd Təsərrüfatı Nazirliyində çalışandan sonra YAP-ın tanınmış simalarından biri və keçmiş deputat olan atasının tövsiyəsilə prokurorluq orqanlarına imtahan verərək, Zərdab rayonuna müstəntiq təyin olunmasından bəhs edir.

Buna da bax: MTN generalı həbs edildi

“İŞGƏNCƏ ALTINDA FƏALİYYƏT GÖSTƏRİRƏM”

İstefa qərarına gəlincə, Rüfət Səfərov müraciətində bunları yazır:

"Zərdab və zərdablılara tezliklə isinişsəm də, özümü bu qurumda görə bilmir, sanki işgəncə altnda fəaliyyət göstərirdim. Bütün iş, material və sənədləri axırıncı gündə icra edə bilirdim. Can dərdi olaraq. Əminliklə söyləyə bilərəm ki, Yer üzündə ən ciddi işgəncə kimliyini görə bilmədiyin yerdə fəaliyyət göstərməkdir. O yerdə ki, münasibətləri hüquq normaları deyil, "özəl" normalar tənzim edir. O yerdə ki, bilik və qabiliyyət arxa planda, təqdimat, himayədarlıq, xidməti traybalizm ön plandadır... Və mən növbəti dəfə öz-özümə sual edirəm: "Sən, dərk edə bilirsənmi, haradasan, nə işlə məşğulsan, məcburən nələrə vəsiləsən?" Zaman - 19 dekabr 2015-ci il. Məkan - Zərdab şəhəri, kirayənişini oduğum mənzil. Yuxudan oyanıb, həyat yoldaşıma səslənirəm: "Nuray, bu gün ölkədə tüğyan edən haqsızlıqlar sənin də gözlərin önündə cərəyan edir. Mən daha tab gətirə bilmirəm. Qəti qərar vermişəm. Prokurorluq orqanlarından istefa verib, haqqın tərəfinə keçirəm. Söylə, o halda, yanımda olacaqsanmı? Zatən, yanımda olmayacağın da aldığım qərara zərrə qədər sirayət etməyəcək. Sadəcə, bir ər olaraq, səndən soruşuram..."

Eldar Sabiroğlu
Eldar Sabiroğlu

Müstəntiq deyir, cavab özünü çox gözlətmir: "Sən həyatda olsan, həyatda, qəbirdə olsan, qəbirdəyəm! Yanındayam!"

Buna da bax: Polislər qətldə, basqında ittiham olunurlar

Rüfət Səfərov YAP-çı və keçmiş millət vəkili, Müdafiə nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğludur.

ATASININ SİYASƏTİNİ QƏBUL ETMİR

Bundan sonra ictimaiyyətə elan:

"Mən, Səfərov Rüfət Eldar oğlu ölkədə tüğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz rəmzi olaraq prokurorluq orqanlarından istefa verirəm!"

Atası ilə münasibətlərinə gəlincə, Rüfət Səfərov bildirir ki, onun siyasi fikirlərini heç zaman daxilən qəbul etməyib:

"Tamam-kamal ayrı cür düşünmüşəm ki, bu da vətəndaş cəmiyyətinin çiçəkləndiyi ölkələrdə normal, qorxu hissinin sosiuma hakim kəsildiyi ölkələrdə anormaldır. Lakin atama üz vurmur, içimdən keçənləri ifadə etmirdim. Atama uzun ömür, can sağlığı, möhkəm iradə arzu etməklə bərabər, əmin edirəm ki, həyatı boyu onun başını aşağı sala biləcək tərzə yol verməyəcəyəm..."

Rüfət Səfərov YAP-çı və keçmiş millət vəkili, Müdafiə nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğludur.

Fəhlələr polisdən şikayət edir
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

XS
SM
MD
LG