Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

«Müstəntiqin bəyanatı rejimə qarşı ittihamnamədir»


Əli Kərimli
Əli Kərimli

-

«Azadlıq» qəzeti məşhur YAP-çı, keçmiş deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verməsi haqqında AXCP sədri Əli Kərimlinin münasibətini dərc edib.

Əli Kərimli bildirir ki, Rüfət Səfərovun istefa bəyanatı əslində prokurorluq müstəntiqinin rejimə qarşı irəli sürdüyü ittihamnamədir: «Rüfət Səfərov öz istefa bəyanatında yazır ki, bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir. Buyurun, hakimiyyətdə təmsil olunanların da xeylisinin rejimdən narazı olmasına, hökumət daxilində mərkəzdənqaçma meyllərinin güclənməsinə daha bir sübut. Gənc müstəntiqi bu cəsarətli hərəkəti münasibətilə təbrik edirəm. Rüfət Səfərovun atası YAP-çı Eldar Sabiroğluna isə demək istəyirəm ki, oğlunuzun bu bəyanatına görə narahat olmaq, onu tənbeh etmək yox, onunla qürur duymaq lazımdır».

Xəzər
Xəzər

XƏZƏR SUİTİSİ TÜKƏNİRMİ?

«Azərbaycan» qəzeti yazır ki, son 100 ildə Xəzər suitilərinin 90 faiz azalaraq 1 milyondan 100 minə düşməsi düzgün tənzimlənməyən kommersiya məqsədli ovlar ilə əlaqələndirilir.

Şotlandiyanın Suitilərin Mühafizəsi Cəmiyyəti 2011-ci ildə «Xəzər suitilərinin mühafizəsi» layihəsinin fəallarından biri, rusiyalı mütəxəssis Lilia Dmitrieva-nın araşdırmalarına istinadən bildirib ki, dənizin şimalında hər il 12 min suiti qanunsuz ağbalıq ovu üçün qurulan torlara düşür və öldürülür. Bu, hazırda davam edən nəsil azalmasının ən ciddi faktorudur:

«Xəzər milyon illər ərzində iqlim və geoloji proseslərin təsirinə məruz qalaraq qapalı hala düşüb, bioloji aləmi ilə birgə təcrid həyatı yaşayır. Qapalı olduğuna görə suları yuyulmur, canlıları dünya okeanından artım dəstəyi ala bilmir. Suitilərin azalması dünya sularına çıxışı olan dənizlərdə də müşahidə olunur. Amma mühafizə tədbirləri nəticəsində yenidən artırlar. Xəzərin isə ümumi vəziyyəti, təəssüf ki, təbii və antropogen təsirlər qarşısında daha sürətlə ağırlaşır və gələcək üçün nikbin heç nə demir».

Evakuator
Evakuator

SUMQAYITIN YOL POLİSİNDƏN BİABIRÇILIQ

avtosfer.az saytı yazır ki, evinin qarşısından maşını aparılan sürücü günahsız olduğunu sübut etsə də, ondan 20 manat istəyiblər.

Sürücü sayta bildirib ki, aylardır axşamlar saxladığı maşını öz yerində görməyib: «Ağlıma bir versiya gəldi ki, maşın cərimə meydançasına aparılıb. Mən ki, maşını qadağan olunmuş yerdə saxlamamışam. Bu küçədə «parkinq yasaqdır» işarəsi yoxdur axı. Elə cərimə meydançasının qabağında yığılmış insanlardan başa düşmək olur ki, bu günə tərs başlayan təkcə mən deyiləm. Əgər sənin maşının haqsız yerə evakuasiya olunubsa, evakuator pulunu kim ödəməlidir? Pul məndən tələb olunduğu an 156 qaynar xəttə zəng edərək məsələni dəqiqləşdirirəm və telefonda mənə qəti şəkildə bildirirlər ki, göstərilən xidmətin qarşılığı olan 20 AZN ödənilməlidir. Mən görmədiyim xidmətin qarşılığını niyə ödəməliyəm? Axı mən 156-dan evakuasiya xidməti tələb etməmişəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG