Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:54

Ərəb ölkələri Türkiyəni pisləyib


Foto arxiv

Dekabrın 24-də Qahirədə İraqın xahişi ilə “Ərəb Dövlətləri Liqası”-nın toplantısı keçirilib.

Toplantıda Türkiyənin İraq ərazisinə ordu yeritməsi müzakirə olunub.

Görüşdə iştirak edən 8 ərəb dövləti Türkiyənin bu hərəkətini pisləyib.

Liqanın baş katibi Nabil al Arabi bildirib ki, bu ərəb ölkələrinin İraqla həmrəyliyi və Türkiyə ordusunun ölkədən çıxarılması ilə bağlı İraqın çağırışına dəstəyindən xəbər verir.

Türkiyənin bu yaxınlarda İraqın şimalıəlavə qüvvələr göndərməsi Bağdadın kəskin etirazına səbəb olub.

İraq bu qüvvələrin təcili çıxarılmasını tələb edir.

Türkiyə isə onların ordakı yerli qüvvələrə təlim keçməklə məşğul olduğunu təkid edir.

XS
SM
MD
LG