Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 03:06

Ukraynada bayram atəşkəsi


Luqanskda hərbçilər, arxiv fotosu

-

Ukraynada rusiyapərəst separatçılarla atəşkəs razılaşması əldə olunub. Dekabrın 22-də gecədən qüvvəyə minmiş atəşkəsə Milad və Yeni İl bayramlarında əməl edilməlidir.

Ukrayna tərəfin sözçüsü deyib ki, razılaşma Belarusun paytaxtı Minskdə, son sülh danışıqları zamanı əldə olunub.

Darka Olifer facebook səhifəsində yazıb ki, bu təşəbbüs dinc sakinlərin Milad və Yeni İli dinc şəraitdə keçirməsinə görə vacibdir.

Əsasən separatçıların idarə etdiyi Luqanskın təmsilçisinin sözlərincə, yeni saziş ona görə gərəkdir ki, qüvvədə olan razılaşma tez-tez pozulur.

XS
SM
MD
LG