Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

Moskva metrosunda növbənöv ədəbiyyat xidmətləri


-

Kitabxana-qatar

Bu gün Moskva metrosunun bir xəttinə kitabxana-qatar çıxacaq. "Oxuyan Moskva" (Читающая Москва) adlanan qatarda sərnişinlər çoxlu bədii kitablar görəcəklər.

Qatara qoymaq üçün məhz o əsərlər və əsərlərdən parçalar seçilib ki, onlar dünyanın məşhur mədəniyyət və siyasət adamlarının həyatında vacib rol oynayıb.

Ədəbi metro sxemi

Kitabxana-qatarda metro xətlərinin sxemi Moskvanın ədəbiyyat tarixini göstərən sxemlə əvəz edilib.

Ədəbiyyat sxeminə görə, Moskva metrosunun "Arbat" stansiyası "Okucava" stansiyası, "Taqan" stansiyası "Soljenitsın" stansiyası, "Tretyakovskaya" stansiyası "Axmatova", "Smolensk" stansiyası "Mariya Svetayeva" adlanır.

"Puşkinskaya", "Platonov", "Mayakovski", "Bulqakov" stansiyaları öz adlarını saxlayır.

Sərnişinlər üçün müsabiqə

Metronun ədəbiyyat xidmətləri bununla bitmir. Sərnişinlər üçün müsabiqə də keçiriləcək.

28 dekabrda kassalarda xüsusi buraxılmış, hərəsi iki girişə icazə verən ədəbi metro biletləri satılacaq, bu biletlərdə Samuel Marşakın "Metroda" şeirindən hissələr əks olunacaq.

Dörd bilet almaqla hissələri toplamaq və bütöv şeiri görmək olar. Bütöv şeiri bu cür toplayan 30 sərnişinə kitab hədiyyələri veriləcək.

Təşkilatçı Moskvanın Turgenev adına kitabxanasıdır.

Bu da "Metroda" şeiri

Вот он - город под Москвой,
Озарённый светом.
Здесь не холодно зимой
И не жарко летом.

Каждый миг гудит рожок,
Слышен гул далёкий.
И весенний ветерок
Обвевает щёки.

XS
SM
MD
LG