Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 18:40

Rusiya ilə danışıqlar nəticəsiz qaldı


Cecilia Malmstrom

-

Dekabrın 21-də Rusiyanın Avropa Birliyi-Ukrayna azad ticarət razılaşması sarıdan narahatlığının həlli üçün keçirilən danışıqlar nəticəsiz bitib.

AB-nin Ticarət komissarı Cecilia Malmstroem deyib ki, bu razılaşma, planlaşdırıldığı kimi, yanvarın 1-dən qüvvəyə minəcək. Belə ki, Brüssel danışıqlarında irəliləyiş olmayıb.

Bu saziş Brüssellə Moskvanın Ukraynada nüfuz savaşının mərkəzində dayanıb və ölkənin şərqində separatçılarla münaqişənin yaranmasında da rolu olub.

Moskva iddia edir ki, ticarət sazişi onun Ukraynada iqtisadi maraqlarına zərbə vurur, belə ki ucuz AB məhsullarının Ukraynaya axınına yol açacaq.

Bu səbəbdən, Rusiya dekabrın 21-də elan edib ki, gələn ildən Ukraynada ərzaq idxalına qadağa tətbiq olunacaq. Ukrayna bu addımın 600 milyon dollarlıq iqtisadi itkiyə səbəb olacağını bildirir.

XS
SM
MD
LG