Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

“Nə üzmək? Manatı öldürdülər”

“Nə üzmək? Manatı öldürdülər. Gözlənilən qəsd baş verdi. Manatı yalnızca neftdən asılı olan zəif iqtisadiyyat, korrupsioner, bacarıqsız və yalnız öz cibini düşünən hakimiyyət öldürdü”.

AXCP sədri Əli Kərimli Mərkəzi Bankın “üzən məzənnə”yə keçməsinə bu cür münasibət bildirib: “Bir gecədə manat daha 55 faiz də ucuzlaşdı. Bir ildən də az müddətdə manat 2 dəfə qiymətdən düşdü. Ötən ilin fevralına qədər 78 qəpiyə olan 1 dollar hazırda 1 manat 55 qəpik olub. Qiymətlər də sıçrayışla qalxacaq. Aldığınız maaş, müavinat, pensiya, əldə etdiyiniz qazanc, banklardakı manatla olan əmanətləriniz də faktiki olaraq 55 faiz dəyərdən düşdü”.

İri mağazalar işini dayandırıb

Manatın üzən məzənnəyə keçməsindən sonra Bakıda iri ticarət obyektlərinin və apteklərin bir çoxu işini dayandırıb. Valyutadəyişmə məntəqələrinin çoxu isə bağlıdır.

Ticarət mərkəzlərinin əməkdaşları AzadlıqRadiosuna bildirib ki, satış yeni qiymətlər müəyyənləşənə qədər dayanıb.

Satışı dayandıran ticarət şəbəkələri arasında elektron məhsuları satan mağazalar üstünlük təşkil edir.
Fevral devalvasiyasından sonra da ilk işini dayandıran və sonradan qiymətləri 30-35 faiz qaldıran elektron məhsullar satan iri mağazalar olmuşdu.

Milli Bank dekabrın 21-də manatın üzən məzənnəyə keçməsi barədə qərar qəbul edib. Manatın dollara nisbətdə rəsmi məzənnəsi təxminən yarıya qədər ucuzlaşıb. Dekabrın 21-dən 1 dollar 1,5500 manat, 1 avro 1,6850 manat təşkil edir.

Blatter və Platini 8 illiyə futboldan qovuldu

FİFA prezidenti Blatterlə UEFA prezidenti Platininin 8 il futbol fəaliyyəti ilə məşğul olmaları qadağan edilib.

Qərarı dekabrın 21-də FİFA-nın etika komitəsi qəbul edib.

Onlar həmçinin cərmə ediliblər.

Qeyd edək ki, bundan əvvəl təşkilat ətrafındakı qalmaqala görə Blatterlə Platininin fəaliyyəti 90 günlük dayandırılmışdı.

Söhbət FİFA- rəhbərinin 2011-ci ildə Platininin hesabına 2 milyona yaxın İsveçrə frankı köçürməsindən gedir.

Onların hər ikisi ittihamı rədd edir.

Rejimlə barışmayan müstəntiq

İki gündür ki, sosial şəbəkələrdə Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun bəyanatları dolaşır. Müstəntiq dekabrın 20-də səhər saatlarında AzadlıqRadiosuna da zəng vurub. Prokurorluq orqanındakı vəzifəsindən könüllü istefa verdiyini bildirib. O, bu addımını hazırkı rejimə etiraz əlaməti kimi atdığını bildirib.

Rüfət Səfərov hüquq təhsillidir. 2004-cü ilin dekabrından 2011-ci ilin oktyabrına qədər Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas kimi fəaliyyət göstərib. 2011-ci ilin oktyabrından Zərdab rayon Prokurorluğunda müstəntiq işləyir.

Müstəntiq (istefa ərizəsini baş prokurora təqdim etmədiyi üçün Rüfət Səfərovu hələ ki, müstəntiq kimi təqdim edirik) deyir, xəbər saytlarında və öz şəxsi Facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib.

Davamı

XS
SM
MD
LG