Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 18:14
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

“Dollar kreditləri hansı məzənnə ilə qaytarılmalıdır?”

İkinci devalvasiya köhnə sualı təzələyir

“Siqaret çəkməyən adam, səhərdən indiyə kimi iki qutu çəkmişəm”. Kompüter mütəxəssisi Əbdül Axundov manatın dollara nisbətən 50 faiz ucuzlaşmasından keçirdiyi şokdan hələ ayılmadığını deyir. Onun iki banka üst-üstə 3 min dollar kredit borcu var və bir ildi nə qədər ödəyirsə də, borc azalmır ki, azalmır: “Mən bir il öncə, manat devalvasiyaya uğramazdan əvvəl kredit göturdum. Manatla istədim, amma dollarla verdilər. O vaxt nə qədər mübahisə elədim ki, “bura Amerika deyil ki, dollarla kredit verirsiz?””

Financial Times manatdan yazıb

“Azərbaycan hökumətinin dolların kursunu sabit saxlamaq siyasətindən imtina etməsindən sonra manat çökür” - bunu Financial Times yazır.

“Bu, neftin ucuzlaşmasının iqtisadyyatı tamamilə enerji daşıyıcısından asılı olan ölkələrə necə ağrılı təsir ediyinə dair daha bir nümunədir”.

“Financial Times” yazır ki, Mərkəzi Bank fevralda manatın 34 faizlik devalvasiyasını həyata keçirmişdi. Son ucuzlaşmadan sonra isə manat ilin əvvəlindən bəri az qala iki dəfə dəyərdən düşür.

“Bu, il ərzində ən pis göstərilərə malik olan valyutalardan biridir”.

Bakı Nəqliyyat Agentliyi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır. Agentliyin 160 işçisi olacaq. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilir.

Maşın bazarı da çökür

Son 3 ay ərzində Azərbaycana cəmi 3925 minik avtomobili gətirilib.

Bu, keçən ilin sentyabr-noyabr aylarında idxal olunan minik avtomobillərinin sayından 3 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, ilin əvvəlindən ölkəyə 25 147 ədəd avtonəqliyat vasitəsi gətirilib. Bunun 22 746-sı minik avtomobilidir.

Son üç ayda Azərbaycana vur-tut 4500 avtomobil gətirilib.

Davamı

XS
SM
MD
LG