Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Qamış evdə yaşayan köçkünlər

Kəlbəcər köçkünləri hələ də (23 ildir!) İmişlinin düzündə qamış evlərində, sussuz çöllərdə ilan və qırxayaqların qorxusu ilə yaşayır

Azərbaycanda orta maaş Ermənistandan azdır

Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqı açıqlanıb.
Hal hazırda bu rəqəmin təqribən 462 manat olduğu bildirilir. Bu, bu gün ki, məzəndə ilə 298 ABŞ dolları edir.İqtisadçı Natiq Cəfərli də açıqlanan rəqəmlərə reaksiya verib:

“ Yeni Azərbaycan Partiyasının 22 illik analoqu olmayan inkişaf nağılının son dayanacağı, orta aylıq maaş:
Gürcüstanda 387 dollar, Ermənistanda 386 dollar, Azərbaycanda isə 296 dollar. Nağıl bitdi, yola davam”

Qənimət Zahidin qardaşını işdən çıxartdılar

Hazırda mühacirətdə olan «Azərbaycan saatı» proqramının aparıcısı Qənimət Zahidin qardaşı Fərasət Zahidov işdən çıxarılıb. Bu barədə AzadlıqRadiosuna Fərasət Zahidovun özü məlumat verib:

«Kooperasiya Universitetində usta işləyirdim. Haradasa 300 manata yaxın maaş alırdım. Ötən ayın 23-də işdən çıxartdılar».

Fərasət Zahidov işdən çıxarılmasını Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlayır.

“Çarpayı çatışmazlığından yerdə yatan məhbus var”

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı dekabrın 25-də “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” hesabat açıqlayıb. Hesabatla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik münasibətini açıqlamayıb.

Hesabatın müəlliflərindən biri Oqtay Gülalıyev AzadlıqRadiosuna müsahibəsində həbsxanalardakı vəziyyətlə bağlı apardıqları monitorinqin nəticələrindən danışır:

– Əvvəlcə onu deyim ki, hesabat üç istiqamətdə aparılıb: həbsxanalardakı şərait, məhkumların hüquqları və siyasi məhbus məsələləri ilə bağlı əldə edilən məlumatlar təhlil edilib. Həbs yerlərində ətraflı monitorinq aparmaq istəsək də, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi buna imkan yaratmadı.

– Bəs alternativ məlumatı hardan aldınız?

– Biz keçmiş siyasi məhbuslar, onların vəkilləri, indiki məhkumların ailə üzvləri və konfidensial mənbələrlə əlaqə saxlamışıq, onların fikirlərini dinləmişik, aldığımız məlumatları, faktları da təhlil etmişik.

Davamı

XS
SM
MD
LG