Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:46
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Röya: "Bir ailədə 5 nəfər varsa, 5-i də işləməlidir"

Müğənni Röya Ayxan Qafqazinfo-ya verdiyi müsahibəsində manatın dollara nisbətdə dəyərdən düşməsinin ona da təsir etdiyini deyib: «Bu il vəziyyət çətinləşib. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bu sınağın nə olduğunu sizə başa salım. Bir ailədə 5 nəfər varsa, onların hamısı işləməlidir. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir?"

Neftlə zəngin Nigeriya da devalvasiyanı düşünür

Neftlə zəngin Nigeriyanın prezidenti Muhammadu Buhari işarə edib ki, ölkənin milli valyutası – naira gələn il devalvasiya edilə bilər.

Prezident bildirib ki, hazırda Nigeriyanın Mərkəzi Bankı xarici valyuta mübadiləsinin tənzimlənməsi və ölkəyə əlavə valyuta axınının cəlb edilməsi mexanizmləri üzərində işləyir.

Buhari bu bəyanatı paytaxt Abucada 2016-cı il üçün büdcəni qəbul edən millət vəkilləri qarşısında etdiyi çıxışda səsləndirib.

Türkiyə serialları Latın Amerikasını işğal edib

Türkiyənin «Minbir gece» serialında Sehrazat və Onur-un əzablı sevgisi Çili televiziyasını zəbt edib, telenovella məskəni kimi tanınan Latın Amerikasında praym-taymı da dəyişib». Bunu «France Presse»agentliyi yazır.

Bu serial illərdir Çilidə görünməyən televiziya auditoriyası toplaya bilib, kanalın gəlirlərini artırıb. Bu fenomen Latın Amerikasında digər televiziyaları türk seriallarının idxalına həvəsləndirib.

Agentlik yazır ki, «Min bir gecə»ni alanda «Mega» televiziyası miskin durumda idi. Serialın gətirdiyi gəliri görən telekanal «Fatmagül'ün suçu ne?» və «Ezel»i də alır.

Sehrazat və Onur artıq Kolumbiya izləyicisinin də ürəyini fəth edib, Uruqvay, Braziliya, Ekvador və Peruda da göstəriləcək. Serial Argentina və Boliviyaya da satılıb.

Süni mayalanmaya donorluq yasaqlana bilər

Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini Musa Quliyev Trend-ə bildirib ki, «Reproduktiv sağlamlığın qorunması haqqında» qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə üçün yenidən hazırlanacaq. Layihənin yeni variantında mübahisə doğuran bütün məsələlərin çözüləcəyi gözlənilir.

Onun sözlərinə görə, ekstrokorporal mayalanma gerçəkləşdirilərkən yalnız ata və ananın hüceyrələrindən istifadə məsələsi layihəyə daxil ediləcək: «Ata və ananın hüceyrəsi ekstrokorporal mayalanmada fəaliyyət qabiliyyətində deyilsə, onda donor üçün başqa insanın yumurta hüceyrəsi, yaxud kişi cinsi hüceyrəsi götürülür. Ancaq mayalanma ana və atanın öz hüceyrələrindən baş verirsə, bu, artıq donorluq sayılmır. Qafqaz Müsəlmanları İdarəsi də donorluq məsələsinə razılıq vermirdi. Buna görə də biz donorluğu layihədən çıxara və Azərbaycanda donorluğa qadağa qoyulması məsələsinə baxa bilərik».

Davamı

XS
SM
MD
LG