Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:11

Valyutadəyişmənin sahibinə hücum olub


Bakıda valyutadəyişmə məntəqəsi

-

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

APA informasiya agentliyinin məlumatına görə, hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Bu küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub.

Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

XS
SM
MD
LG