Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:35

Azərbaycanlı vitse-prezident təyin olundu


BP
BP

-

«BP-Azərbaycan»nın «Azəri» sahəsi üzrə əməliyyatlar meneceri Elxan Məmmədov şirkətin hasilat üzrə vitse-prezidenti təyin olunub.

Qurumun yaydığı məlumatda deyilir ki, bu yeni vəzifədə Elxan Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul ilk vitse- prezidentidir. O, şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə hasilat işlərinin idarə edilməsinə cavabdehdir. Bundan əlavə, Elxan Məmmədov «Azəri-Çıraq-Günəşli» (AÇG) üzrə Texniki Qrupa sədrlik edəcək.

Elxan Məmmədov BP-yə 2001-ci ildə «Çıraq» platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonra o, BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışıb. Daha sonra «Çıraq» platformasının meneceri, 2009-cu ildə isə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub. 2013-cü ilin iyun ayından BP-nin «Azəri» sahəsi üzrə əməliyyatlar meneceridir.

Elxan Məmmədov 2011-ci ildə ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnstitutunun Əməliyyatlar Akademiyasını bitirib.

2014-cü ildə «Tərəqqi» medalına layiq görülüb. Ailəlidir, üç övladı var.

XS
SM
MD
LG