Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:33

Çindən duman xəbərdarlığı


Pekində duman, noyabr, 2015-ci il

-

Çin ölkənin şimalındakı sakinlərə həftəsonuna gözlənən qatı dumanla bağlı xəbərdarlıq edib.

Milli Meteorologiya Mərkəzinin dekabrın 18-də verdiyi məlumata görə, ən çox təsirə qalacaq ərazilərdən olan Pekində görünmə radiosu 1 km-dən də az olacaq.

Pekin bu xəbərdarlıqdan sonra ölkədə həyəcan siqnalını ən yüksək həddə qaldırıb. Yəni maşnıların demək olar yarısı yollardan çıxarılacaq, məktəblərin bağlanması, bayırda aparılan tikinti işlərinin dayandırılması tövsiyə olunur.

Çində onillərdir davam edən sənayeləşmə və iqtisadi artım havanın, suyun, torpağın çirklənməsinə gətirib. Elə qatı duman da vaxtaşırı böyük şəhərləri ağuşuna alır.

XS
SM
MD
LG