Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 20:39

İraqa 1.2 milyard dollar ayrılır


Bağdad, 11 dekabr, 2015-ci il

-

Dünya Bankı (DB) bildirir ki, İraqa terrorçuluğun yaratdığı iqtisadi sarsıntılar və düşən neft qiymətlərinin fəsadları ilə mübarizə məqsədilə 1.2 milyard dollarlıq kredit ayırır.

İlin sonunadək krediti almaq mümkün olacaq. Bankın İraq üzrə təmsilçisi Ferid Belhaj dekabrın 17-də belə deyib.

“Bu iki sarsıntı ölkənin sabitliyini hədələyir”, o, Reuters agentliyinə söyləyib, İraqı daha dərin böhrandan xilas etməyin vacibliyini vurğulayıb.

İraq büdcəsi neft gəlirlərindən çox asılıdır. Neftin qiyməti düşür, ölkə həmçinin İslam Dövləti silahlı qruplaşması ilə mübarizəyə vəsaiti artırmalı olur.

XS
SM
MD
LG