Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 04:42

-

BMT Baş Assambleyası dekabrın 17-də qəbul etdiyi qətnamədə İranı insan haqları pozuntularına görə tənqid edib.

Kanadanın hazırladığı qətnamədə Tehranda fəallara, jurnalistlərə, dissidentlərə təzyiqlərin artmasından, ölüm cəzasından getdikcə daha çox istifadə olunmasından “ciddi narahatlıq” ifadə olunur.

Ancaq qətnamədə İran prezidenti Hassan Rohani-nin qadınlara və etnik azlıqlara qarşı ayrıseçkiliyin məhdudlaşdırılması, ifadə azadlığına daha artıq meydan verilməsi üçün göstərdiyi səylər alqışlanır.

İran qətnaməni “qərəzli”, Tehranın dünya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı bir məqamda “siyasi addım” adlandırıb.

Rusiya, Çin, İraq, ümumilikdə, 37 ölkə sənədin əleyhinə, 81 ölkə lehinə səs verib. 67 ölkə bitərəf qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG