Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 22:29

Moskva Kiyevlə müqaviləni dayandırdı


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası barədə razılaşmanın yanvarın 1-dən dayandırılması barədə fərman imzalayıb.

Tərəflər arasında gömrük rüsumları və verginin qarşılıqlı ləğvini nəzərdə tutan bu razılaşma 2011-ci ildə imzalanmışdı.

Amma bu ilin yanvarında Ukrayna ilə Avropa Birliyi arasında azad ticarət zonası fəaliyyət göstərəcək.

Rusiya bundan əvvəl bəyan eləmişdi ki, Ukrayna eyni vaxtda Avropa Birliyi və MDB ilə azad ticarət əlaqələri qura bilməz.

XS
SM
MD
LG