Keçid linkləri

Təcili xəbərlər
2020, 31 May, bazar, Bakı vaxtı 17:10

"Günəşli"dəki quyulardan biri söndürülüb


Foto arxiv

"Günəşli" yatağındakı 10 saylı platformada baş verən yanğın bir quyuda tam söndürülüb.

Bu barədə APA agentliyi məlumat yayıb.

Söndürülən neft quyusudur. Quyudan dənizə neft sızması təhlükəsinin də qarşısı tamamilə alınıb.

SOCAR-ın məlumatına görə, yanan 3 quyudan biri neft , digərləri isə qaz quyusudur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Dekabrın 4-də baş verən qəza nəticəsində platformada olan 63 nəfərdən 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

İtkin düşənlərdən 6-nın meyiti tapılıb, 23 nəfərin axtarışı isə davam edir.

Qalan neftçilər xilas edilib.

XS
SM
MD
LG