Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 18:32

AB Serbiya ilə danışıqlara başlayır


Brüsseldə danışıqlar başlanır, 14 dekabr, 2015-ci il

-

Dekabrın 14-də Serbiya və Brüssel Belqradın AB-yə mümkün üzvlüyü barədə danışıqlarda başlayıblar. 14 dekabr konfransı üzvlük danışıqlarının 35 mərhələsinin ilk ikisini başlatmış oldu. Onlardan biri Serbiyanın keçmiş vilayəti, hazırda 111 ölkənin müstəqil dövlət kimi tanıdığı Kosovo ilə münasibətlərini normallaşdırması ilə bağlıdır. Belqrad Kosovonu tanımır. İkinci məsələ isə maliyyə nəzarətidir.

“Bu başlanğıc AB-yə doğru qətiyyətli addımdır”, Luksemburqun xarici işlər naziri Jean Asselborn deyib. Luksemburq AB-nin hazırkı prezidentidir.

2012-ci ildə Serbiyaya AB üzvlüyünə namizəd statusu verilib. Ötən ay Avropa Komissiyası bildirib ki, Belqrad həm siyasi, həm də iqtisadi baxımdan irəliləyişə nail olub, ancaq “hüququn aliliyi sahəsində etibarlılığı gücləndirməlidir”.

XS
SM
MD
LG