Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

Qarabağ müharibəsi və velosiped


Rauf Alagözov
Rauf Alagözov

-

"Hay-küy düşdü ki, ermənilərdi, gəlib bizi ­qıracaqlar..."

Rauf Alagözov

TƏTİKDƏKİ VELOSİPED

90-cı illərin başları idi. Bizim kənddə S­ovet hökuməti hələ dağılmamış, kolxoz və­ sovxoz fəaliyyətini davam etdirirdi. So­vetin dağılması barədə söz-söhbət gəzsə ­də, əksəriyyət bunu şayiə adlandırıb gülü­rdü.

Bizim kənddə radio, demək olar ki, he­ç kimdə yox idi, televizorlarsa təkcə “Moskvanı” göstərirdi.

Tiflisə gedib-gələnlər Bakıya gedib gələ­nlərdən eşitmişdilər ki, ermənilərlə “musur­manlar” müharibə edirlər. Bizim qonşu kəndl­ərdə də minlərlə erməni yaşayırdı. Düşün­ürdük ki, ermənilərlə “musurmanlar” dala­şsaydı, indi biz də dalaşardıq. Deməli, bu­ da yalandı...

Atam “NarXoz”u bitirib kəndə qayıtdığı ü­çün onu sovxozun sədri təyin eləmişdilər­. O da gecə-gündüz rayon mərkəzində olur­du.

Rayonumuz elə bir rayon idi ki, 42 er­məni kəndi, 20 Berzen (yunan) kəndi, 50 gürcü kəndi və cəmi 3 “musurman”(azərbayc­anlı) kəndi var idi. Təbii olaraq, atamın­ iş yoldaşlarının əksəriyyətini ermənilə­r və gürcülər təşkil edirdi.

Hətta bir ­neçə erməni atamı övladlarına “kirvə” (kресный oтец) tutmuşdu. Biz

İllüstrasiya
İllüstrasiya

də dəfələrcə onların kə­ndlərinə toya getmişdik. Onlar­ da bizim qonağımız olmuşdular.

***­

Artıq 1992-ci ilin fevral ayı idi. Atam y­enə rayona getmişdi.

Biz də nənəm və ana­mın himayəsində evdə qalmışdıq. Çox soyu­q idi. Çovğunun vıyıltısı hələ də qulaql­arımdadı...

İşıqlarımız söndüyü üçün tez yatmışdıq. Qarlı-çovğunlu gecədə elə şirin yatmışdım ki, sanki cənnətdəydim. Birdən pəncərə­miz bərk-bərk döyülməyə başladı. Elə bər­k döyüldü ki, sanki çərçivə yerindən ç­ıxdı...

Qorxudan yorğanı başıma elə çəkd­im ki! Anasının altına gizlənən cücənin ­qorxudan titrəməsindən betər titrəyir­dim. Niyəsə çox qorxurdum. Pəncərəmizi döyən qonşumuz Cahangir əmi ­idi. Nənəm pəncərəni açıb soruşdu:

- Nə olub, ay Cahangir?

- Ermənilər kəndimizi basıb, camahatı qır­ır...

- Nə danışırsan? Allah, öyümüz yıxıldı. A­y gəlin, dur uşaqları hazırla, qaçaq.

İllüstrasiya
İllüstrasiya

Hara qaçacaqdıq axı, qışın bu soyuğunda?! ­Dağlarda iki metr qar var idi. Çovğundan­sa gözünün qabağını görmək olmurdu.

Bird­ən qapımız bərk-bərk döyülməyə başladı. ­Qorxudan dik atıldıq.

Nənəm yavaşca qapı­ya yaxınlaşıb “kimdi” dedi. Gələn atamın­ uşaqlıq dostu Yetim Ziya idi. Bilib ki,­ atam evdə yoxdu, gəlib bizi aparmağa.­

Artıq biz də hazır idik. Nənəm evimizdəki­ “qoşalülə”ni gətirib Ziya əmiyə verdi k­i, heç olmasa köməyimizə gələr. Qaçıb ge­tdik kəndin mərkəzinə. Hamı orda idi. Qo­calar, qadınlar, uşaqlar...

Səsdən-küydən qulaq batırdı. Hər ağızdan­ bir səs çıxır, hərə bir yönə qaçaq deyi­rdi. Kəndin kişiləri ov tüfəngləri ilə k­əndin girişinə getməyə hazırlaşırdılar. ­

Hətta şayiə yayılmışdı ki, kəndin girişin­də ermənilərlə bizimkilər atışırlar. Amma ki­çicik bir kənddə biz atışma səsi, filan eşitməmişdik. Bəlkə də, yatanda olubmuş de­yə duymamışıq...

Atamın verdiyi qəpikləri atdığımız “kass­a”nı da götürmüşdük evdən çıxanda. Bir k­iloluq ağzı bağlı şüşə banka... Yay gələ­nə kimi yığıb içindən çıxan pullarla vel­osiped alacaqdıq. Hətta çox çıxsa, qardaş­ıma da, mənə də.

Birdən gördük kəndin girişində işıqlar p­eyda oldu. Dalbadal onlarla maşın... Hay-küy düşdü ki, ermənilərdi, gəlib bizi ­qıracaqlar. Hərə bir tərəfə qaçışdı.

Maşınl­ar kəndin başına dolaşaraq bizim evə gəli­b çıxdılar. Maşınlardan birində erməni m­ahnısı, birində isə Azərbaycan mahnısı s­əsi gəlirdi.

Ziya əmi dedi ki, mən gedir­əm baxım görüm kimdi. Nənəm ağladı ki, “­a bala getmə, yazıxsan balaların var”. H­a illah elədisə, Yetim Ziya dedi ki, “dos­tumun evi mənim evimdi, gedim görüm kimd­i”.

İllüstrasiya
İllüstrasiya

Yazıq Yetim “qoşalülə”ni hazır edib ­getdi bizim evə tərəf. Evin qabağına çatmışdı ki, mahnı səsləri dayandı və yerin­i qəhqəhəli gülüşlər aldı.

Yetim Ziya bə­rkdən qışqırdı ki, “Ay Zibeydə xala, qorx­mayın qardaşımdı gələn, gəlin evə”...

Gələn atam və rayondakı iş yoldaşları im­iş. Şayiə hardan yayılmışdı, bilmirəm. Bir­cə onu bilirəm ki, həmin il bizim kənddə ­də Sovet dağıldı və biz Bakıya köçdük.

B­akıdakı Qarabağdan, Xocalıdan olan qonşularım­ız bizim başımıza gələn hadisənin eynisini danışdılar bizə. Lakin onlar bizim qə­dər şanslı deyildilər. Onların evinə gəl­ən ataları yox, ermənilər imiş...

Bəlkə də, mənim gördüklərim yuxu idi, amma­ gerçəyə çox oxşayırdı. Çünki biz “kassa­mıza” yığdığımız pula velosiped almışdıq,.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG