Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 10:32
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


18:31 15.12.2015

Elan: Kameruna məşqçi axtarırlar

Kamerun Futbol Federasiyası milli yığmaya məşqçini bu dəfə elanla axtarmaq qərarına gəlib. Federasiyanın saytına elan yerləşdirilib ki, baş məşqçi yeri boşdur. Elanda deyilir ki, məşqçi olmaq istəyənin bir sıra keyfiyyətləri olmalıdır: o, mütləq iddialı olmalı, yaxşı fiziki formada olmalıdır, ingilis və ya fransız dilini bilməlidir, Afrika futbolundan yaxşı başı çıxmalıdır və peşəkar klub və ya yığmalarla iş təcrübəsi olmalıdır.

17:43 15.12.2015

Emin Ağalarov telekanal açır

“Crocus Group”un vitse-prezidenti, müğənni Emin Ağalarov “Rusiya media qrupu” şirkətinin ortağı, keçmiş baş direktoru Sergei Kozevnikovla birlikdə telekanal açır.

APA-nın məlumata görə, “Tvoy dom” (Sənin evin) adlı telekanalın verilişləri əsasən təmir və tikintidən bəhs edəcək.

Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.

Sergei Kozevnikovun sözlərinə görə, “Tvoy dom” çox güman ki, “Crocus Group”a daxil olacaq.

Telekanal həmçinin “Crocus Group”a daxil olan eyni adlı hipermarketlər şəbəkəsini də reklam edəcək.

17:36 15.12.2015

Azərbaycan ABŞ-a nota verib

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona etiraz notası təqdim edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, notada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri James Warlickin 2015-ci il 9 dekabr tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə işçi qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” adlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu cür tədbirlərdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.

17:14 15.12.2015

21 Azərin görünməyən tərəfləri

"Seyid Cəfər Pişəvəri 21 Azər Hərəkatının görünən tərəfidir, görünməyən tərəfi general Kaviandır».

Bu sözləri Azadlıq Radiosunun «İz» proqramına o zaman Milli hökumətin müdafiə naziri olmuş general Cəfər Kavianın (1895-1975) indi Bakıda yaşayan oğlu Marks Kavian söylədi.

«Atam sürdü maşını Pişəvərinin evinə. Onlar bir yerə yığışmışdılar, hazırlaşırdılar getməyə. Atam hirsli-hirsli Pişəvəriyə üz tutdu, ondan heç qorxmurdu. Cəmil Həsənli kitabında yazıb bunu. Həm dost idilər, həm də atam qüdrətli adam idi...Qayıdır Pişəvəriyə ki, ay Pişəvəri,kim qərara alıb ki, siz gedəsiniz, mən qalam? O da deyir, yoldaşlarım... Deyir, yoldaşların qələt eləyir. Zınqırovu mənim əlimlə itin boynuna bağlayırsınız, mənim əlimlə də açırsınız? Deyir, məsələ qalmaqdısa, hamımız qalacağıq. Bu dəmdə orda olan Şahin qayıdıb ki, ay Pişəvəri, Kavian düz deyir, o necə burda qala bilər, o dəqiqə onu öldürərlər...».

Davamı

XS
SM
MD
LG