Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Qadınlar seçki hüququ qazandı


Qadın namizəd.
Qadın namizəd.

-

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar seçkilərdə iştirak edir. Onlar kişilərdən ayrı səs verirlər.

Təxminən 980 qadın (namizədlərin təxminən 10 faizindən çoxu) bələdiyyə şuralarına namizədliyini verib. Bununla belə qadın namizədlərin kişi seçicilərlə birbaşa görüşməsinə icazə yoxdur.

Səudiyyə Ərəbistanı qadınların səsvermə hüququ olmayan axırıncı ölkə idi.

İndi bu hüquqa 130 min qadın malikdir, səsvermə hüququ olan kişilərin sayı isə 1 milyon 300 mindir.

Səudiyyə Ərəbistanında seçkilər ilk dəfə 2005-ci ildə keçirilib.

XS
SM
MD
LG