Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 20:07

Britaniya polisi yüz min cinayət bıçağını bu rəssama verib


Alfie Bradley
Alfie Bradley

-

Britaniya polisinin öldürülmüş kəslərin bədənlərindən çıxardığı bıçaqlar rəssam Alfie Bradley’ə verilir.

O, bu bıçaqlardan yeddi metrlik mələk fiquru düzəldir. İş gələn ilin payızında tamamlanacaq, sonra onu şəhərbəşəhər gəzdirib nümayiş etdirəcəklər.

Rəssam deyib ki, 43 polis bölməsindən yüz minə yaxın bıçaq əldə edib. Bundan başqa, o, dövlət qurumlarıyla birgə ölkənin bir neçə yerində Bıçaq bankı qoyub.

Bu bıçaqları heykələ daxil etməzdən əvvəl dəmir məmulatları zavodunda kütləşdirəcəklər.

Öldürülənlərin qohumları isə... heç də hamısı bu incəsənət layihəsini anlayışla qarşılamayıb.

Bir çoxları Facebook’da “Bıçaq-mələyə yox de!” adlı qruplar açıb. “Bəlkə siz övladınızı itirməmisiniz, başa düşmürsünüz bu nə deməkdir” – 2004-cü ildə 18 yaşlı oğlu öldürülmüş birisi orada yazıb.

Bıçaqların emal olunacağı Shporshire dəmir zavodunun rəbəri Clive Knowles deyib ki, öldürülənlərin yüzlərlə qohumu zavoda gələrək, öz ölülərinin adlarının bıçaq və ülgüclərdən silinməsini istəyir.

Onun fikrincə, bu layihə publikanı şok edəcək.

Bu heykələ indidən böyük maraq var, emalatxanasına tez-tez yerli və xarici jurnalistlər baş çəkir. Rəssam onlara deyir: “Düzəldəcəyim mələyin sifəti həyəcan və lal sual ifadə edəcək: Axı niyə?”

XS
SM
MD
LG