Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:11

Kommunist Partiyası “Dəmir Feliks” referendumu fikrindən daşındı


Rusiyada Bolşevik zəmanəsinin ən ziddiyyətli fiqurlarından biri az qala köhnə şərəfli postamentinə qaytarılacaqdı.

Tom Balmforth

Rusiyada Bolşevik zəmanəsinin ən ziddiyyətli fiqurlarından biri az qala köhnə şərəfli postamentinə qaytarılacaqdı. Amma Kommunist Partiyasının məşhur Feliks Dzerzhinsky heykəlini Lubyankada bərpa etmək cəhdi iflasa uğradı

Rusiyanın Kommunist Partiyası “Dəmir Feliksi” öz postamentinə qaytarmaq arzusuna hələ bu qədər yaxın olmamışdı. Amma məqsədinin, sanki bir addımlığında, partiya gözlənilmədən geri çəkildi.

"Dəmir Feliks"i 1991-ci ildə belə yıxmışdılar
"Dəmir Feliks"i 1991-ci ildə belə yıxmışdılar

Elə ötən həftə kommunistlər iddia edirdilər ki, Çeka-nın (Fövqəladə Komitə) banisi Feliks Dzerzhinsky-nin Yeltsin zəmanəsində götürülmüş heykəlini keçmiş DTK-nın qarşısındakı Lubyanka meydanına qaytarmaq üçün 152 min imza toplayıblar.

Bu qədər imza ilə 1991-ci ilin avqustunda aşırılmış heykəli öz postamentinə qaytarmaq üçün referendum keçirmək mümkün idi.

Lakin partiyanın özü bu fikirdən daşındı.

Kommunistlər pərtliklərini gizlədirlər

Bu qərar barədə məlumatı partiya sədrinin müavini Valery Rashkin verib və deyib ki, Dzerzhinsky heykəli kommunistlərin referendum tələbində üç maddədən biri idi.

Sədr müavini daha sonra deyib ki, “biz heykəlin bərpasına dair referendumun baha başa gələcəyini nəzərə aldıq”.

Heykəlin postamentində bir vaxtlar yazılmış qraffitini pozublar. Amma onu oxumaq hələ də mümkündür: “qəssab”

Rashkin deyib ki, kommunistlər heykəl məsələsini Moskva şəhər hökumətində və səsverməsiz həll edəcəklər.

Bununla belə, partiyanın heykəl məsələsində daha liberal rusların təzyiqi altında geri çəkildiyi düşünülür və bu kommunistlərin nüfuzuna zərbə sayılır.

Bəzi müşahidəçilər bu qənaətdədirlər ki, kommunistlər referendum üçün lazımi imzaları güc-bəla ilə toplasalar da, ictimaiyyətin dəstəyinə malik olmadıqlarını anlayıblar.

Bəziləri onların lazımi qədər imzanı topladıqlarına ümumiyyətlə inanmırlar.

Şahzadə Vladimir

Moskva hökumətinə gəlincə isə o, hazırda Kiyev Rusiyasının banisi şahzadə Vladimirin yenicə hazırlanmış heykəlinə əlimyandıda yer axtarır.

Feliks Dzerzhinsky-nin abidəsi müvəqqəti "heykəllər bağı"ndadır
Feliks Dzerzhinsky-nin abidəsi müvəqqəti "heykəllər bağı"ndadır

Vladimirin heykəli Moskvanın Sərçə Yüksəkliyi kimi tanınan hissəsində qoyulmalı idi, lakin ictimaiyyətin narazılığı buna mane oldu.

Hazırda moskvalılara heykəlin yeri barədə səsvermədə iştirak etmək təklif olunub.

Təklif olunan məkanlardan bir də elə həmin Lubyankada Feliksin keçmiş yeridir.

“Dəmir Feliksin” həmin o heykəlinə gəlincə isə, abidə Moskvada Tretyakov qalereyasının yaxınlığındakı müvəqqəti heykəllər bağında saxlanır.

Heykəlin postamentində bir vaxtlar yazılmış qraffitini pozublar. Amma onu oxumaq hələ də mümkündür: “qəssab”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG